Bu ölkədə Ramazan ayına görə iş saatı azaldıldı



 10:06 14.03.2024     302

Birləşmiş Ərəb Əmrliklərində İnsan Resursları və Əmirlik Nazirliyi özəl sektorda işləyənlərin xeyrinə qərar imzalayıb.

Demedia.az xəbər verir ki,ramazan ayı boyunca iş saatı iki saat azaldılıb.

Əgər şirkət rəhbərləri buna əməl etmirsə, işçilərə təzminat ödəməli olacq. Bu qayda həm oruc tutanlara həm də oruc tutmayanlara şamil olunacaq.

Nazirlikdən bildirilib ki, Ramazan ayı boyunca bütün nazirliklər və qurumlar bazar ertəsindən cümə axşamına qədər səhər saat 09.00-dan 14.30-a qədər işləyəcək.

Cümə günləri isə iş saatı səhər saat 09.00-dan günorta saat 12.00-dək davam edəcək.