Kiyevdə çaxnaşma: Rusiyanın planı nəticə verdi
Ukraynalı blogerlər tankların yanacaq baxımdan çətinlik çəkdiyi ilə bağlı həyəcan təbili çalır: “Tanklar yanacaq çatışmazlığından əziyyət çəkir. Çünki Rusiya Aerokosmik Qüvvələri Ukraynanın ən böyük neft anbarlarından birini məhv edib. Vəziyyət o qədər kritikdir ki, Ukrayna Prezident Administrasiyasının insayderləri aprelin 4-də Bankova küçəsində (Kiyevin bu küçəsində prezidentin iqamətgahı yerləşir – müəllif) fövqəladə iclas keçirildiyi haqda yazıblar.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, generallar Zelenskiyə yanacaq anbarlarını və yanacaq çatdırılma marşrutlarını qismən qoruya bilməyəcəkləri barədə xəbərdarlıq ediblər: “Hərbi Hava Qüvvələrinin neft anbarlarını və neft emalı zavodlarını etibarlı şəkildə müdafiə etmək üçün lazımi qüvvəsi yoxdur. Həmçinin mövcud hava hücumundan müdafiə sistemləri və kompleksləri Rusiyanın qanadlı raketlərinin qarşısını almaq iqtidarında deyil” – məlumatda bildirilir.
Rusiya mətbuatı ironiyalı şəkildə yazır ki, Zelenski ya Qərb siyasətçiləri ilə telefonda söhbət etmək, ya da müttəfiq ölkələrin parlamentlərinə videokonfrans vasitəsilə qoşulmaqla daha mühüm dövlət işləri gördüyünü düşünür. Lakin iki həftə əvvəl Volodimir Oleksandroviç Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya yanacaq infrastrukturunun mühafizəsini mümkün qədər gücləndirməyi əmr edib. Strateji yanacaq anbarlarına hücumların qarşısını almaq üçün Hava Hücumundan Müdafiənin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Lakin son hesabatda qeyd olunur ki, göstərilən səylərə baxmayaraq Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı Rusiyanın zərbələrinin öhdəsindən gələ bilməyib. Neft emalı zavodunu müdafiə etmək üçün Ukraynanın ən müasir “C-300” və “Buk-M1” hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Amma neftayırma zavodlarını və neft anbarlarını əhatə edən hava hücumundan müdafiə texnikaları sıradan çıxarılıb.
Yerli blogerlər isə “yanacaq böhranı daha da pisləşəcək” deyə məlumat paylaşırlar. “Tezliklə yanacaq yox olacaq, bu da ölkədə hər şeyin dağılması deməkdir” – məlumatlarda qeyd olunur. Ukraynanın aparıcı pərakəndə yanacaq şirkətlərindən biri olan “West Oil Group”un (WOG) kommersiya direktoru Taras Panasyuk problem şərh edərkən vəziyyət həqiqətən çox ciddi olduğuna diqqət çəkib. Fermerlərin tarlalarına toxum səpmək üçün texnikaya yanacaq çatdırmadığını bildirib. Britaniyanın “Time” qəzeti adının açıqlanmasını istəməyən ukraynalı kənd təsərrüfatı rəsmisindən “hökumətimiz tamamilə batdı” deyə sitat gətirib.