Avropa Parlamenti Kiyevə “Taurus” raketlərinin tədarükünü dəstəkləyib
Avropa Parlamenti “Taurus” uzaqmənzilli raketlərinin Kiyevə ötürülməsi ideyasını dəstəkləyib.
Demedia.az-ın məlumatına görə, bu barədə AP-də “Almaniya Xristian Demokratik İttifaqı” və “Bavariya Xristian Sosial İttifaqı” qrupunun rəhbəri Daniel Kaspari məlumat verib.
Onun sözlərinə görə, Almaniyanın Avropa Parlamentindəki hakim koalisiyasının əksəriyyəti təşəbbüsü dəstəkləyib. Belə ki, 451 deputat raketlərin Ukraynaya ötürülməsinin lehinə səs verib, 46 nəfər əleyhinə olub, daha 49 nəfər səsvermədə iştirakdan imtina edib.
Martın əvvəlində məlum olub ki, Britaniya Almaniyadan “Taurus” raketlərini Ukraynaya ötürməyi xahiş edib.