Avropa ölkələri NATO-nun müdafiə xərcləri ilə bağlı öhədliyini yerinə yetirə bilmirlər
NATO-ya üzv olan Avropa dövlətləri alyansın müdafiə xərcləri hədəfinə çatmaq üçün ildə əlavə 56 milyard avro tapmalıdırlar.
Demedia.az xəbər verir ki, bu barədə “Financial Times”ın tələbi ilə Almaniya İqtisadi Tədqiqatlar İnstitutu araşdırma aparıb.
Tədqiqat nəticəsində müəyyən edilib ki, Aİ ölkələrinin çoxu NATO-nun ÜDM-in 2%-i olan müdafiə xərcləri hədəfindən uzaqdadır.
ABŞ-ın rəhbərlik etdiyi alyansın müdafiə xərclərini artırmağa çalışması aşağı artımın olduğu və bir çox ölkələrin büdcə planlarını sərtləşdirdiyi bir vaxtda Avropada fiskal təzyiqi artırır. Dəyər baxımından ən böyük kəsir Almaniyada olub, o, keçən il müdafiə hədəfinə çatmaq üçün lazım olandan 14 milyard avro az xərcləyib.
Almaniyanı “müdafiə kəsiri” ilə İspaniya (11 milyard avro), İtaliya (10,8 milyard avro) və Belçika (4,6 milyard avro) izləyir.
NATO ölkələri hələ 2006-cı ildə müdafiəyə ÜDM-in minimum 2%-ni ayırmaq barədə razılığa gəliblər, lakin bu rəqəm yalnız 2023-cü ilin yayında minimum olaraq müəyyən edilib.
Sonra 11 ittifaq ölkəsi, o cümlədən Polşa, ABŞ, Yunanıstan, Estoniya, Litva, Finlandiya, Rumıniya, Macarıstan, Latviya, Böyük Britaniya və Slovakiya öz öhdəliklərini yerinə yetirə bilib.