Niger ABŞ ilə hərbi müqaviləni ləğv edib
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ABŞ ilə hərbi müqaviləni ləğv edib.
Demedia.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rejimin sözçüsü polkovnik Amadu Abdraman bildirib.
Qeyd olunub ki, ABŞ nümayəndə heyəti diplomatik protokola əməl etməyib və heyətinin tərkibi, gəliş tarixi və gündəliyi barədə Nigerə məlumat verməyib.
Qeyd edək ki, müvafiq müqavilə Pentaqonun amerikalı hərbçilərinə və mülki işçilərinə Afrika ölkəsinin ərazisində qalmağa icazə verir.
Agentlik əlavə edib ki, ABŞ-ın Nigerdə iki, o cümlədən ölkənin şimalında pilotsuz uçuş aparatı (PUA) bazası var. 2023-cü ilə qədər Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu var idi.