Moskvaya dron hücumu cəhdi olub
Moskva vilayətinin Domodedovo şəhər dairəsində paytaxta doğru uçan dronun hücumu dəf edilib.
Demedia.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqramda bildirib.
“İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”, - o, kanalında qeyd edib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Qurum əlavə edib ki, hücum 10:15 (Bakı vaxtı ilə 11:15) radələrində baş verib.
Həmin gün səhər saatlarında Domodedovoda iki, Ramenski və Stupino şəhər dairələrinin hər birində isə bir dron vurulub.