İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb



 14:42 18.03.2024     274

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb.

Demedia.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

“Bu həftə qüvvələr “Yahalom” bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalında yerləşən ən uzun yeraltı tunelin bir hissəsini məhv ediblər”, - məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, tunelin uzunluğu 2,5 km-i keçib. Fələstin anklavının şimalı ilə cənubunu bir yeraltı yol birləşdirib.