KİV: Rusiyanı yalnız neftin qiymətinin aşağı düşməsi dayandıra bilər
Rusiyanı yalnız neftin qiymətinin aşağı düşməsi dayandıra bilər.
Demedia.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirməyə hazırdır: “Rusiya xalqı ağır döyüşlərin nəticəsindən əziyyət çəksə də, bu, savaşı dayandırmaq üçün kifayət deyil”.
Bildirilib ki, Qərb Rusiyanın neft gəlirlərini azalda bilsə, Kreml qərarına yenidən baxa və dəyişə bilər.
“İqtisadiyyat indi Rusiya üçün vacib faktordur. Hökumət həmçinin daxili istehlakı istehsala uyğunlaşdırmaq üçün fiskal tədbirlər görməlidir. Siyahıda yüksək ehtimalla varlı şəxsləri və şirkətləri hədəf alan vergi artımları olacaq. Putin artıq bununla bağlı siqnal verib. Bu cür qərarlar bəziləri arasında xoşagəlməz olsa da, o, müqavimətlə üzləşməyəcək”, - materialda yazılıb.
Vurğulanıb ki, iqtisadiyyat durğun görünsə də, Rusiya Prezidenti müharibənin davam etməsinə mane olan heç bir daxili maliyyə məhdudiyyəti ilə üzləşmir: “Həmçinin Kreml hələ heç bir ciddi məhdudiyyətə məruz qalmır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.