Aİ Kiyevə təcili və intensiv dəstək lazım olduğunu elan edəcək



 16:42 20.03.2024     260

Avropa İttifaqının dövlət və hökumət başçıları martın 21-22-də keçiriləcək sammitdə Ukraynaya təcili və intensiv dəstəyin zəruriliyini bəyan etmək niyyətindədirlər.

Demedia.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Ukrayna ilə bağlı əsas mesajımız üçyönlü olacaq: yardımımızın təcililiyi və intensivliyi və Ukraynaya dəstək verməkdəki əzmimiz”, - o deyib.

Diplomatın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindəki münaqişə və onunla bağlı bütün məsələləri müzakirə etməzdən əvvəl 27 Aİ ölkəsinin liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.