Donbasda toqquşma BU TARİXDƏ BAŞLAYACAQ



 14:21 12.04.2022     367

Aprelin sonuna qədər Ukraynanın şərqində hərbi əməliyyatlar daha da güclənəcək. Rusiya səylərini Donetsk və Luqanskda cəmləyərək, eyni zamanda, Xerson və Nikolayev bölgələrində də döyüşləri davam etdirəcək.

Demedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, qarşıdakı iki-üç həftə ərzində ölkənin şərqində döyüşlər daha da güclənəcək:

“Rusiya Donbas bölgəsində intensiv olaraq döyüş personalı və texnikası toplamaqda davam edir. Rusiyanın hücumları Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönələcək, Xerson və Nikolayev ətrafında və Kramatorsk istiqamətində yenidən döyüşlər olacaq”.

Qeyd olunur ki, Rusiya qoşunları məhz Belarus ərazisindən Ukraynanın şərq vilayətlərinə köçürüləcək.//Axar.az