"Crocus" terrorunu bu təşkilat üzərinə götürdü
İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.
Demedia.az xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.
Xatırladaq ki, Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.