Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib



 11:27 23.03.2024     401

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Nazirlər Kabinetindən Demedia.az-a verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.