BMT-nin Baş katibi Moskva vilayətindəki terror aktını pisləyib
BMT-nin Baş katibi Antoniu Quterreş “Krokus siti holl”dakı terror aktını qətiyyətlə pisləyir və Rusiya Federasiyasının xalqı və hökumətinə başsağlığı verir.
Demedia.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərxan Haqın yaydığı bəyanatda qeyd olunub.
“Baş katib bu gün Moskva vilayətindəki konsert zalında 40 nəfərin ölümü (ölənlərin sayı 60-ı ötüb – red.) və 100-dən çox insanın yaralanması ilə nəticələnmiş terror aktını ən kəskin şəkildə pisləyir. Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”, – sənəddə deyilib.
Quterreş həmçinin zərərçəkmişlərin tezliklə sağalmasını diləyib.