Ukrayna PUA-larla Rusiya ərazisinə kütləvi hücum edib



 13:03 23.03.2024     278

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.