Rusiyanın Samara vilayətindəki neft emalı zavoduna hücum olunub
Ukrayna Rusiyanın Samara vilayətindəki Novokuybışevsk şəhərində yerləşən neft emalı zavoduna hücum edib.
Demedia.az xəbər verir ki, hücumdan sonra ərazidə yanğın baş verib.
Hadisənin təfərrüatları və nəticələri hələ ki, məlum deyil.
Qeyd edək ki, ABŞ daha əvvəl bu cür obyektlərə hücum etməmək barədə Ukraynaya xəbərdarlıq etmişdi. Rəsmi Kiyev isə sözügedən obyektlərin qanuni hədəf olduğunu bildirmişdi.