Ərdoğan: Rusiya xalqının kədərini bölüşürük



 21:56 23.03.2024     537

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu şiddətlə qınayıb.

Demedia.az-ın xəbərinə görə, qardaş ölkə prezidenti bunu Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

R.T. Ərdoğan vurğulayıb ki, terror kimdən gəlirsə, törədən kim olursa-olsun, qəbuledilməzdir: “Biz terrorun qanlı, xain üzünü çox yaxşı bilir, rus xalqının kədərini bölüşürük".