İsrail Livana cavab zərbələri endirdi



 12:15 24.03.2024     526

İsrail ordusu ölkənin şimalının atəşə tutulmasına cavab olaraq Livanda "Hizbullah"ın hədəflərinə zərbələr endirib.

Demedia.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Gün ərzində İsrailin şimalındakı Dov, Marqaliot və Şomer ərazilərində Livandan bir neçə raket və mərmi buraxılışı qeydə alınıb. Bundan başqa, gün ərzində Kfar-Blumda iki ərazidə pilotsuz uçuş aparatlarının qalıqlarının aşkarlanması barədə məlumat daxil olub. Ölən və yaralananlar barədə məlumat verilməyib”, - xəbərdə deyilir.