Polşa “F-16” qırıcılarını HAVAYA QALDIRDI



 13:17 24.03.2024     157

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasının fəaliyyəti səbəbindən F-16 qırıcı təyyarələrini havaya qaldırıb.

Demedia.az  xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının "X" səhifəsində yazılıb.

Qeyd olunub ki, komandanlıq Rusiya aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə hava və raket hücumları ilə bağlı intensiv hərəkətlərini izləyir.

"Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və komandanlıq vəziyyəti daim nəzarətdə saxlayır", - deyə vurğulanıb.

Komandanlıqdan xalqa xəbərdarlıq da edilib. Belə ki, ölkədə aviasiya fəaliyyətləri ilə əlaqədar, xüsusən də Polşanın cənub-şərqində səs-küy səviyyəsinin yüksələ biləcəyi diqqətə çatdırılıb.