İspaniyada teleqramın bloklanması qərarı ləğv olunub



 21:28 25.03.2024     269

İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.

Demedia.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.

Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.