Ərdoğan bu tarixdə ABŞ-a gedəcək



 15:36 26.03.2024     194

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Amerika lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər.

Demedia.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.

“Əgər ABŞ-ın seçki təqvimində problem olmasa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona getməyə razı olacaq. Mayın 9-da Ərdoğanın Baydenlə danışıqlarına diqqət yetirə bilərsiniz”, - nəşr yazıb.

Qəzetin qeyd etdiyi kimi, iki ölkə arasında son qarşılıqlı yüksək səviyyəli səfərlərdən sonra bir müddətdir ki, Türkiyə və ABŞ liderlərinin yaxınlaşması üçün səylər davam etdirilir.