İsrail 30 fələstinlini əsir götürüb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri qadın olmaqla daha 30 fələstinlini əsir götürüb.
Demedia.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
Açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana İsrail tərəfindən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə əsir alınan fələstinlilərin sayının 7800-ə yüksəldiyi bildirilib.