Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 147 nəfər saxlanıldı



 21:07 26.03.2024     353

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.