Kişinin qarnından diri ilanbalığı çıxartdılar: Necə girib? - FOTO



 18:20 26.03.2024     292

Vyetnamda bir kişinin qarnından cərrahi yolla 30 sm uzunluğunda diri ilanbalığı çıxarılıb.

Demedia.az xəbər verir ki, həkimlər balığın kişinin bədəninə anusundan daxil olduğunu müəyyən ediblər.

Quang Ninh əyalətindəki Hai Ha Rayon Tibb Mərkəzinə 34 yaşlı kişi şiddətli qarın ağrısı şikayəti ilə müraciət edib. Müayinələrdən sonra həkimlər kişinin qarnında ilanbağlığı olduğunu müəyyən ediblər.

İlanbalığı mədə və qarında bağırsaq perforasiyasına və iltihabına səbəb olan peritonit yaradıb. Həkimlər bunun nadir bir vəziyyət olduğunu deyiblər.