Daha iki ölkə arasında gərginlik: Sərhəddə atışma



 22:43 12.04.2022     631

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

Demedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.