Boris Conson CƏRİMƏLƏNDİ: Səbəbi...



 10:28 13.04.2022     255

Böyük Britaniyanın Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak pandemiyanın ilk dalğasında koronavirus məhdudiyyətlərini pozduqlarına görə cərimələnəcəklər.

Demedia.az xəbər verir ki, bu barədə ITV telekanalı Britaniya Nazirlər Kabineti rəhbərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, London polisinin insanların böyük yerlərə toplaşmasını qadağan edən sərt məhdudlaşdırıcı tədbirləri zamanı Conson iqamətgahında və digər hökumət binalarında təşkil edilən ziyafətlərə görə qonaqlara 50-dən çox cərimə kəsilib.

Xatırladaq ki, B.Conson lokdaun zamanı hökumətin yerləşdiyi Dauninq stritdəki əyləncədə maskasız iştirak edib.