Qəzzada ölən fələstinlilərin sayı 32,7 min nəfəri ötüb



 16:45 30.03.2024     156

İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 32 705 nəfərə çatıb.

Demedia.az  xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, azı 75 190 nəfər xəsarət alıb.

Qeyd edilib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 82 nəfər həlak olub, 98 nəfər yaralanıb.