"Crocus"da törədilən terrorda yaralananların sayı 550 nəfəri keçdi



 18:30 30.03.2024     156

Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktında yaralananların sayı 551 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi xəbər yayıb.

Məlumata görə, ölənlərin sayı 144 nəfərdir. Onlardan beşi uşaq olub.

Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.