40 saniyə gecikdi, təyyarəyə buraxılmadı -FOTO



 11:00 31.03.2024     182

Rusiyanın Əməkdar artisti, Yulian kimi tanınan Yulian Vasin 40 saniyə gecikdiyi üçün təyyarəyə buraxılmadığını bildirib.

Axşam.az xəbər verir ki, ifaçı Rusiyanın Ulyanovsk vilayətinə yola düşməzdən iki saat əvvəl hava limanına gəlib və qeydiyyatdan keçib. Uçuşa yarım saat qalmış təyyarəyə minsə də, onu içəriyə buraxmayıblar. Müğənninin sözlərinə görə, stüardessa ona 40 saniyə gecikdiklərini deyib.

"Rusiyanın Əməkdar artisti olduğumu, bu gün təkcə Ulyanovskda konsert vermədiyimi, həm də yerli xəstəxanada əsgərlərlə görüşüm olduğunu izah etməyə çalışdım. Lakin bunlar heç bir nəticə vermədi. O, dedi ki, bununla maraqlanmırlar" deyə, Yulian qeyd edib.

O, əlavə edib ki, hadisədən 40 dəqiqə sonra onsuz yola düşüb.

1