CHP-nin namizədi seçki məntəqəsində öldü



 15:05 31.03.2024     193

Türkiyənin Zonquldaq vilayətinin Ereğli rayonunda Cümruhiyyət Xalq Partiyasının Bələdiyyə Məclisi üzvlüyünə namizədi Hüseyn Çakır ürək tutmasından vəfat edib.

Demedia.az  xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

“Seçki günü çox təəssüf edirik. Hüseyn Çakır bizim çox dəyərli qardaşımız idi. O, demokratiya aşiqi bir insan idi. Seçki öncəsi böyük həvəslə işləyirdi. Bu gün həyəcanla seçkiyə getdik. Allah rəhmət eləsin”, - Bələdiyyə Başçısı Halil Posbıyık hadisə ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Hüseyn Çakırın seçki məntəqəsinin yerləşdiyi orta məktəbdə həm də bina nəzarətçisi olduğu bildirilib.