Fransa Ukraynaya yeni hərbi yardım elan etdi
Fransa yeni yardım paketi çərçivəsində Ukraynaya hava hücumundan müdafiə üçün yüzlərlə zirehli texnika və “Aster” raketləri təhvil verəcək.
Demedia.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
Nazirin sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə hələ də yaxşı vəziyyətdə olan köhnə zirehli texnikaları təhvil verəcək, lakin onlar Fransa ordusunun tərkibində onları daha yeniləri ilə əvəz etmək niyyətindədirlər.