Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.
Demedia.az xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.
Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.
Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.