Türkiyədə seçkilərdə kim zəfər çaldı? - YENİLƏNDİ
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb.
Demedia.az "TRT Haber"ə istinadla xəbər verir ki, ölkə üzrə qutuların 99,37 faizi açılıb.
Nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,53 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda isə CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.
Türkiyənin Ali Seçki Komissiyası seçkinin ilkin nəticələrini bu gün elan edəcək.
xxx
04:14
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin rəsmi olmayan yekun nəticələri bəlli olub.
Demedia.az xəbər verir ki, ölkə üzrə sandıqların 97,56 faizi açılıb.
Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,59 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,61 faizlə ikinci sırada qərarlaşıb.
AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir.
Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrinə də CHP-nin namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçiliblər.
Xatırladaq ki, Türkiyədə martın 31-də keçirilən yerli özünüidarə orqanlarına seçkilərində ümumilikdə 34 siyasi partiya və müstəqil namizədlər böyük şəhər, şəhər və rayon bələdiyyə sədrliyi, eləcə də məhəllə muxtarlığı üçün yarışıblar.