Sərxoş qadın rus əsgərlərinin məzarını dağıtdı



 17:00 04.04.2024     184

Rusiyanın Vladiqafqaz vilayətinin sakini müharibə iştirakçılarının məzarlarını talan etməkdə təqsirli bilinir.

Demedia.az  xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

47 yaşlı yerli sakin barəsində cinayət işi üzrə istintaq yekunlaşıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 1-ci hissəsində (dəfn yerlərini təhqir etmək) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Hadisə zamanı qadının sərxoş olduğu qeyd edilir. Onu üç aya qədər həbs gözləyir.

İdarənin məlumatına görə, hadisə bu il fevralın əvvəllərində gecə saatlarında baş verib. Təqsirləndirilən şəxs Vladiqafqaz şəhərindəki Şərq qəbiristanlığının Qəhrəmanlar Xiyabanının ərazisinə daxil olaraq “mənəvi normalara məhəl qoymayaraq” ritual çələngləri və gül vazalarını sındırıb-dağıdıblar.