Paşinyan Türkiyə ilə normallaşma prosesindən danışdı



 21:35 13.04.2022     696

“Türkiyə ilə dialoqun davam etməsi üçün əlimizdən gələni etməliyik”.

Demedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə açıqlama verib.O deyib:

“Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün əlimizdən gələni etməliyik. Danışıqların nəticələrinin sürətlə həyata keçməyəcəyini anlayır və bunu müttəfiqlərimizə də bildiririk. Durğunluğun qarşısını almaq üçün yavaş-yavaş irəliləməliyik. Beynəlxalq müttəfiqlərimiz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam dəstəkləyir”.