ABŞ-ın bütün liderlərini öldürsək belə Süleymaninin qisasını ala bilmərik - İranlı komandan



 23:17 13.04.2022     637

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani o qədər böyük xarakter idi ki, ABŞ-ın bütün liderlərini öldürsək belə yenə də onun intiqamını ala bilmərik”.

Demedia.az xəbər verir ki, İran ordusunun Baş komandanı Muhammed Pakpur İranın dövlət mediasına belə açıqlama verib. O bildirib ki, İran Süleymaninin yolu ilə gedərək, onun intiqamını almalıdır.

Qeyd edək ki, general Qasım Süleymani iki il əvvəl ABŞ ordusunun hücumu nəticəsində Bağdadda öldürülüb.