"Gücümüz tükənir, təslim olmaqdan başqa yolumuz yoxdur" - Çağırış etdilər
Rusiya ordusunun mühasirə altında saxladığı Mariupol şəhərində ciddi çətinliklər yaşanır.
Demedia.az xəbər verir ki, Ukrayna ordusunun sıralarına könüllü qatılan britaniyalı hərbçi Aiden Aslin sosial mediada çağırış edib. O bildirib ki, 49 gündür bölgə mühasirədədir. Artıq qida və silahlar tükənir. “Mariupolu müdafiə etmək üçün əlimizdən gələni etdik, lakin ruslara təslim olmaqdan başqa seçimimiz yoxdur” deyən hərbçi, bölgənin Rusiyanın nəzarətinə keçmək üzrə olduğunu ifadə edib. Mühasirədə olan digər hərbçilər də oxşar fikirlər səsləndiriblər.
Avropalı ekspertlərin sözlərinə görə, Rusiya hazırda diqqəti Donbas bölgəsinə yönəldib. Belə vəziyyətdə Mariupolun təslim olması vəziyyəti Rusiyanın lehinə dəyişəcək.