Tramp geri döndü: qisasa hazırlaşır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona xəyanət edənlərdən intiqam almağı planlaşdırır.
Nexeber.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Trampın hədəfində Respublikaçılar Partiyasından Liz Çeney, Corciya valisi Brayn Kemp, onu Konqresə hücumda günahlandıranlar və seçkilərdə saxtakarlıq edildiyini qəbul etməyənlər var.
Qeyd edək ki, Trampın artıq Respublikaçılar Partiyasında işlərə başladığı da bildirilib. Partiyada gücünü qorumaq istəyən Tramp ona müxalif olanlara qarşı alternativ namizədləri dəstəkləyir.(axar.ax)