İsrail ordusunun itkiləri 604 nəfərə çatıb



 16:12 07.04.2024     245

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, ötən şənbə Qəzza zolağında daha 4 İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb.

Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İsrail ordusu 260 hərbçisini itirib.