Finlandiya Prezidenti: Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır



 15:42 08.04.2024     308

Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır.

Demedia.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, Kremlin başa düşdüyü yeganə şey gücdür: “Mən uzun illərdir ki, sülh vasitəçiliyi ilə məşğul oluram. Əlbəttə, vasitəçilikdə hər şey dialoqdan başlayır. Amma, məncə, indi sülhün yeganə yolu döyüş meydanındadır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.