Ukrayna yeni əks-hücum əməliyyatlarına hazırlaşır
Ukrayna yeni əks-hücum əməliyyatlarına hazırlaşır.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, Ukraynanın yeni əks-hücum əməliyyatları ilə bağlı müəyyən problemləri var: “Nəticə əldə edəcəyimizə inanıram”.
V.Zelenski qeyd edib ki, Ukraynanın 2023-cü ilin yayında başlatdığı əks-hücum əməliyyatlarının uğursuzluğa düçar olması gözlənilən idi: “Çünki Rusiya bizim planlarımızı, nə vaxt haraya hücum edəcəyimizi bilirdi. Haradan bilirdilər? Bunu deyə deyə bilmərəm. Tarix hər şeyi göstərəcək”.
Ölkə lideri qeyd edib ki, bəzi uğursuzluqlara görə Kiyev özü günahkardır: “Qoşunlar düzgün təchiz olunmamışdı”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna 2023-cü ilin iyununda əks-hücum əməliyyatlarına başlayıb. Amma bu, uğursuz olub. Rəsmi Kiyev əməliyyatların uğursuzluğunu etiraf edib.