Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur
Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva “The Times”ə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: “Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların da xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”.