Teleqraf: London İsrailə hücum edəcəyi təqdirdə İranla birbaşa münaqişəyə hazır olmalıdır
Böyük Britaniya rəhbərliyi İran İsrailə hücum edəcəyi təqdirdə onunla birbaşa münaqişəyə girməyə hazır olmalıdır.
Deemdia.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzetinin köşə yazarı, Kral Silahlı Qüvvələrinin istefada olan polkovniki Riçard Kempin məqaləsində deyilir.
Kemp yazıb: “İsrailin özünümüdafiə hüququnu dəstəklədiyimizi deyən Böyük Britaniyanın xarici işlər naziri Lord Kameronun sözləri boş söz olmaqdan çıxmalı və Birləşmiş Krallıq İrana qarşı birbaşa hərbi əməliyyatlara hazır olmalıdır”.
Müəllifin fikrincə, Tehran ABŞ və Böyük Britaniyanın zəifliyi ucbatından İsrailin qonşularını silahla təmin etməklə Yaxın Şərqdəki vəziyyəti aktiv şəkildə destabilləşdirir.
O, həmçinin Qərb ölkələrinin son həftələrdə İsrailə qarşı tutduqları daha sərt mövqeyi tənqid edir və deyir ki, Rusiya və Çin regionda növbəti alovlanmaya Qərbin necə cavab verəcəyini diqqətlə izləyəcək.
Onun sözlərinə görə, London və Vaşinqton israillilərə İrana qarşı mübarizədə kömək etmək üçün lazım olan hər şeyi etməli olacaqlar.