Gürcüstan parlamentinin komitə sədri: "Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir



 13:02 12.04.2024     295

"Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir, çünki QHT donorları haqqında məlumatlar şəffaf deyil.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu sözləri parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili bildirib.

“Bütün bir il ərzində eşidirik ki, donorlar haqqında məlumat şəffafdır, bunu hər yerdə görmək olar, amma bu, belə deyil. Çox vaxt nə müəyyən layihələri maliyyələşdirən donorların, nə də təşkilatların saytlarında heç bir məlumat yoxdur", - komitə sədri deyib.