ABŞ HƏMAS komandirlərinə qarşı sanksiyalar tətbiq edib



 21:59 12.04.2024     291

ABŞ administrasiyası pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyatlara, həmçinin kiberməkanda hücumlara görə məsuliyyət daşıyan Fələstinin HƏMAS hərəkatının dörd komandirinə qarşı sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

"Birləşmiş Ştatlar HƏMAS-ın qeyri-sabitliyi pozan terrorçuluq cəhdlərinin qarşısını almağa davam edəcək. HƏMAS terrorçularının ələ keçirdikləri hər yerdə, o cümlədən kiberməkanda hücumlar təşkil edir”, - diplomat vurğulayıb.