KİV: Paşinyan Brüsseldəki görüşün təfərrüatlarını gizli saxlayır
Brüsseldəki görüşdən sonra Nikol Paşinyanın susması və qeyri-müəyyən davranışı hakim partiyada narahatlıq yaradıb.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, Brüsseldəki görüşdən bir həftə sonra N.Paşinyan hələ də Ermənistandan kənarda keçirilən görüşlərdən sonra etdiyi kimi görüşün ictimaiyyətə açıqlanmayan tərəflərini komandasına açıqlamayıb və bu görüşü qiymətləndirməyib.
“Hakim komandanın üzvləri səbirsizliklə baş nazirin onları məlumatlandıracağını gözləyirdilər. Çünki çərşənbə günü günortadan sonra artıq məlum idi ki, parlament müxalifəti hökumətin parlamentdəki iclasında iştirak etməyəcək. Odur ki, Paşinyan komandasına tez bir zamanda sessiyanı yekunlaşdıraraq, qapalı iclasın keçirilməsinə dair göstəriş verə bilərdi. Amma o, bunu etməyib və nəticədə komandasının bununla bağlə şübhələri artırıb”, - nəşrin məlumatında qeyd edilib.