ABŞ ordusu İsraili belə qoruyub - Rəqəmlər AÇIQLANDI



 10:20 14.04.2024     273

ABŞ ordusu İranın İsrail istiqamətində atdığı 70-dən çox PUA və ən azı 3 ballistik raketini zərərsizləşdirib.

Deemdia.az xəbər verir ki, bu barədə “CNN amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onlardan biri ballistik raketlərin Aralıq dənizinin şərqində hərbi gəmilər tərəfindən vurulğunu bildirib.

Başqa bir rəsmi şəxs bildirib ki, pilotsuz uçuş aparatlarının tutulması və vurulmasında ABŞ qırıcıları da iştirak edib.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, İran İsrailə ümumilikdə 100-dən çox ballistik raket atıb.