BMT-nin baş katibi Tehranı gərginliyi azaltmağa çağırıb



 11:15 17.04.2024     232

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıb və İsraillə vəziyyəti gərginləşdirməməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib dünən İranın xarici işlər naziri ilə söhbət edib. O gərginliyin dərhal azaldılmasına və regionda sülhün bərqərar olmasına diqqət yetirməyə çağırıb”, - deyə o vurğulayıb.