ABŞ qoşunlarını bu ölkədən çıxarır?



 09:07 20.04.2024     517

Amerika Birləşmiş Ştatları öz hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Demedia.az xəbər verir ki, bu barədə “Washington Post” nəşrinin jurnalisti Con Hudson “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

O qeyd edib ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell Nigerin baş naziri Əli Lamine Zeyin ilə görüşündə onun ABŞ qoşunlarının Qərbi Afrika ölkəsindən çıxarılması tələbini qəbul edib.