BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib



 15:45 20.04.2024     316

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

Onun sözlərinə görə, Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyib: "O (Baş katib – red), aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə olunmuş razılaşmanı alqışlayır".

“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - bəyanatda deyilir.