Tayvan sahilində zəlzələ olub



 09:07 21.04.2024     303

Tayvan sahilində 5,1 maqnitudalı zəlzələ olub.

Demedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri 350 min nəfər əhalisi olan Hualyan qəzasından 51 km cənubda yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.